SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Polşada Rusiyaya casusluq edən 9 nəfər saxlanıldı

Polşada Rusiyaya casusluq edən 9 nəfər saxlanıldı

Tarix:

16-03-2023, 18:00

/ 440 dəfə oxundu.
Polşada Rusiyaya casusluq edən 9 nəfər saxlanıldı

Rusiyanın Polşadakı casusluq şəbəkəsinin üzvü olduğu iddia edilən 9 nəfər Ukraynaya silah daşımaq üçün istifadə edilən dəmir yolunu izləmək və təxribat aksiyaları hazırlamaq iddiası ilə saxlanılıb.

Bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlama yayıb. 

Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluq etməkdə şübhəli bilinən 9 nəfəri saxlayıb.

Kaminski qeyd edib ki, şübhəlilər “Ukraynaya texnika, silah və yardım tədarükünü iflic etməyə yönəlmiş təxribat hərəkətləri” hazırlayıblar.

Şübhəlilərin Ukraynaya yardım aparan nəqliyyat vasitələrinə yerləşdirməyi planlaşdırdıqları kameralar, elektron cihazlar və GPS ötürücülərinin müsadirə edildiyini qeyd edən Kaminski istintaqın davam etdiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ