SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yeni marşrut xətti açılır

Yeni marşrut xətti açılır

Tarix:

10-02-2023, 17:53

/ 400 dəfə oxundu.
Yeni marşrut xətti açılır

 
Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsindən “Xocəsən” metrostansiyası istiqamətində 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilir. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, yeni marşrut xətti şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metrostansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq açılıb.

Qeyd edilib ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13 fevraldan fəaliyyət göstərəcək və xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.

Yeni marşrut xətti açılır


Şərhlər

XƏBƏR LENTİ