SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu avtobusun yolu dəyişdi

Bu avtobusun yolu dəyişdi

Tarix:

17-01-2017, 09:38

/ 2 052 dəfə oxundu.
Bu avtobusun yolu dəyişdi

“Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsi küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən daxil olan xəbərə görə, təmir işləri ilə əlaqədar, 23.01.2017-ci il tarixindən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət xüsusi nəqliyyat vasitələri ayrıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.

Şərhlər

XƏBƏR LENTİ