ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
Binəqədi rayonu Xocəsən qəsəbəsindən "Xocəsən" metrostansiyası istiqamətində hərəkət edən 155 saylı marşrut avtobusunun dayanacağı sökülüb.
Xalqxeber.az bildirir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər. Xocəsəndə şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən “Yeni yaşayış” massivinin yeganə avtobus dayanacağı üçün ayrılmış ərazisi martın 5-i marşrut avtobusunun xəttə buraxılmasından sonra genişlənib. Genişlənərkən ərazidəki dayanacaq götürülüb, kənara atılıb, dayanacağın əvəzinə Azərbaycan bayrağı dirəklə yerə bərkidilib. Hazırda həmin dayanacağın əvəzində sadəcə bayraq var.
Yaz yağışları mövsümünün başlayacağını olduğunu nəzərə alsaq, dayanacaqda avtobus gözləyən sakinlər- şəhid ailələri, Qarabağ əlillərinin durumunu anlamaq çətin deyil. Oğlunu vətən uğrunda şəhid verib bayrağa sığınan sakinlər dayanacaqda da günəşdən və yağışdan qorunmaq üçün bayrağın ümidinə qalıblar.
Bakı Nəqliyyat Agentliyi yaşayış massivinə ayrıca marşrut avtobusu ayırdıqdan sonra yolun genişləndirilməsi ilə məşğul olan qurumun bir aya yaxın müddətdə kənara atdığı dayanacağın aqibəti isə kimsəni maraqlandırmır.
Hər halda yolun genişləndirilməsi dövlət qurumu tərəfindən həyata keçirilib, deməli, qiyməti bəlkə də on minlərlə manat olan dayanacağın sökülərək lazımsız əşya kimi kənara atılması da onların əməyinin məhsuludur. //cebhe.info//![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək