Bakıda bu marşrut ləğv edildi
Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun "Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.
Bununla yanaşı, 170 nömrəli (metronun "Memar Əcəmi” stansiyası – Binəqədi qəsəbəsi) müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcının fəaliyyətində yol verdiyi nöqsanları aradan qaldırmayaraq qoyulan tələblərə əməl etməməsidir.
Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinə dair tələblərə əməl etməyən, o cümlədən sərnişinlərə rahat və təhlükəsiz xidmətin göstərilməsini təmin etməyən daşıyıcılar barəsində də analoji addımlar atılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək