SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Əfqanıstanda keçmiş deputat evində öldürüldü

Əfqanıstanda keçmiş deputat evində öldürüldü

Tarix:

15-01-2023, 16:00

/ 268 dəfə oxundu.
Əfqanıstanda keçmiş deputat evində öldürüldü

Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər.

Bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Bildirilib ki, parlamentari olan Mürsəl Nəbizadə gecə Kabilin şərqindəki evində öldürülüb.

Hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.

Kabil polis idarəsinin katibi Xalid Zadran qətlin baş verməsi ilə bağlı məlumatı təsdiqləyib. O, Taliban təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib. 

Hələlik heç bir təşkilatın hadisəyə görə məsuliyyəti üzərinə götürmədiyi qeyd olunub.










Şərhlər

XƏBƏR LENTİ