BMT “Taliban”ı insan haqları ilə bağlı öhdəliklərə riayət etməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasını insan haqları ilə bağlı öhdəliklərə riayət etməyə çağırıb.
“RİA Novosti” xəbər verir ki, M.Baçelet BMT tərəfindən Əfqanıstandakı vəziyyətin monitorinqi və “Taliban”ın öhdəlikləri yerinə yetirməsinin müşahidəsi üçün xüsusi mexanizm yaradılmasını təklif edib.
“Əfqanıstanda “Taliban” təmsilçiləri öz üzərlərinə konkret öhdəliklər götürüblər. Qadınların işləmək hüquqlarına hörmət etmək, qızların məktəbə getmək və təhsil hüququnun qorunması, etnik və dini azlıqların haqlarının təmin edilməsi, keçmiş hökumət və beynəlxalq birliklə əməkdaşlıq etmiş şəxslərə qarşı repressiyalardan çəkinmək öhdəlikləri ilə bağlı bütün məsuliyyət “Taliban”ın üzərindədir”, - ali komissar vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır