SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan və Putinə dondurma satan qadın kimdir? – VİDEO

Ərdoğan və Putinə dondurma satan qadın kimdir? – VİDEO

Tarix:

4-01-2023, 21:50

/ 288 dəfə oxundu.
Ərdoğan və Putinə dondurma satan qadın kimdir? – VİDEO

 
Rusiya Prezidenti Vladimir Putinin Yeni il münasibəti ilə ictimaiyyət qarşısında çıxışı sosial medianın və beynəlxalq medianın gündəminə çevrilib. “Müharibə qəhrəmanları” ilə kamera qarşısında çıxışda ən diqqətçəkən məqamlardan biri isə Kreml rəhbərinin arxasında dayanan sarışın qadın olub.

Onun peşəkar “aktrisa” olduğu üzə çıxıb.

Həmin qadın Putinin kilsəyə səfəri zamanı orada olan örpəkli ziyarətçilərdən biri olub.

Bundan başqa Putin və RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bir gəmidə çəkilən şəklində həmin qadın dənizçi geyimindədir.

Bu qadın həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə Moskvaya səfəri zamanı dondurma satıcısı qiyafəsində olub. Həmin vaxt Putin dondurma dükanına yaxınlaşıb və satıcıdan dondurma alaraq onlardan birini Ərdoğana təklif etmişdi.

Bu qadın Putinin Soçiyə səfəri zamanı da dondurma satıcısı rolunda olub.

Rusiya mətbuatında çıxan xəbərlərdə “Kornetto casus” kimi tanınan qadının adının Anna Sidorenko olduğu və Putinin şəxsi mühafizəçilərindən biri olduğu iddia edilir.Oxu.az

Şərhlər

XƏBƏR LENTİ