SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan Türkiyədən bu qədər dondurma alıb - Rəqəmlər

Azərbaycan Türkiyədən bu qədər dondurma alıb - Rəqəmlər

Tarix:

31-08-2017, 12:03

/ 143 019 dəfə oxundu.
Azərbaycan Türkiyədən bu qədər dondurma alıb - Rəqəmlər

Türkiyə Statistika Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyanın ən böyük 15-ci dondurma və dondurulmuş yemək ixracatçısı olan Türkiyə 2012-2017-ci illər ərzində 68 ölkəyə və 4 sərbəst bölgəyə 88 min 366 ton dondurma satıb.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, əgər bir qaşığın (scoop) 50 qram olduğunu nəzərə alsaq, Türkiyə təxminən 1,7 mlrd. "scoop" dondurma ixrac edib.

Dondurma ixracatından 2012-ci ildə 36 milyon 284 min, 2013-cü ildə 38 milyon 275 min, 2014-cü ildə 35 milyon 725 min, 2015-ci ildə 36 milyon 388 min, 2016-cı ildə 34 milyon 788 min və bu ilin ilk yarısında 22 milyon 406 min dollar gəlir əldə edib. Xaricə satılan dondurmanın 1 kiloqramının ixrac dəyəri 2,3 dollar olub.

Hesabat dövründə ən çox dondurma İraqa ixrac edilib. Bu ölkəyə 5.5 ildə 48 milyon 29 min dollar qarşılığında 18 min 360 ton dondurma ixrac edilib.

Azərbaycana isə 5 milyon 59 min dollar dəyərində dondurma ixrac olunub.

Türk dondurma istehsalçılarının ixrac bazarları arasında ABŞ, Avstraliya, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika, Hindistan, Kanada, Pakistan, Seneqal və Çili kimi minlərlə kilometr uzaqlıqdakı ölkələr də var.

Şərhlər

XƏBƏR LENTİ