Rusiyada günün mövzusu - Putin kimə sürücülük edirdi + Video
Rusiya prezidenti Vladimir Putin Valaam monastrını ziyarət edib.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, "Zvezda" kanalının yayımladığı görüntü mübahisə mövzusuna çevrilib.
Belə ki, Putinin “Mercedes” markalı avtomobili özü sürərək monastra gəlib. O, arxa oturacaqdakı pencəyini götürmək üçün maşının arxa qapısını açıb. Bu zaman kamera aydın şəkildə arxa kresloda oturan qırmızı paltarlı qadını görünüb. Yalnız paltarı görünən qadın əl işarəsi ilə pencəyin onda olmadığını bildirib. Sonra Putin tez-tələsik avtomobilin arxa qapısını bağlayıb.
Sosial mediada sürətlə yayılan video ilə bağlı Kremldən açıqlama verilib.
“Avtomobilin arxa kreslosunda oturan adam prezident Vladimir Putinin qadın mühafizəçisidir”,-deyə Dmitri Peskov bildirib.
Görüntülər “Arxa kresloda kimin oturduğunu bilmirəm, amma sürücü Putin idi”,-deyə bəhs edilən məşhur məqaləni xatırladıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO