XalqXəbər.Az

XalqXeber.Az » Dünya » “Orion” kosmik gəmisi Yerə qayıtmağa hazırlaşır

“Orion” kosmik gəmisi Yerə qayıtmağa hazırlaşır

“Orion” kosmik gəmisi Yerə qayıtmağa hazırlaşır
4-12-2022, 10:20

 
“Artemis I” missiyası çərçivəsində orbitə buraxılan "Orion" kosmik gəmisi Ayın orbitini tərk edərək dekabrın 11-də Yerə qayıdacaq.


Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) yaydığı bəyanatda bildirilib.

NASA-nın məlumatına görə, “Orion” dekabrın 1-də Ay səthini tərk etmək üçün mühərrikini işə salıb. Dekabrın 5-də cihaz Yerin təbii peykinin səthindən 126,7 kilometr hündürlüyə qalxacaq və dekabrın 11-də San Dieqo şəhəri yaxınlığında Sakit okeana enəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.