XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Günəşdə irimiqyaslı plazma qasırğası başladı

Günəşdə irimiqyaslı plazma qasırğası başladı

Günəşdə irimiqyaslı plazma qasırğası başladı
10-11-2017, 16:43

Dünəndən etibarən Günəşdə irimiqyaslı plazma qasırğası başlayıb.

Bunu ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) alimləri bildirib.

Onların sözlərinə görə, qasırğanın başvermə səbəblərini və nə vaxta kimi davam edəcəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Məlumata görə, plazma qasırğası Günəşdə geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır. Alimlər vurğulayıblar ki, plazma qasırğaları nadir hallarda qeydə alınır.

Xatırladaq ki, noyabrın 7-si və 8-də Günəşdə qasırğa baş verib. Qasırğa noyabrın 9-u və 10-da maksimuma çatıb və ayın 11-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Noyabrın 15-də yenidən geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.