SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "KİA" markalı avtomobillər toqquşdu - ölən və yaralı var

"KİA" markalı avtomobillər toqquşdu - ölən və yaralı var

Tarix:

31-07-2022, 12:40

/ 456 dəfə oxundu.
"KİA" markalı avtomobillər toqquşdu - ölən və yaralı var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.
Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ