SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İsmayıllıda ağır qəza - ölən və yaralılar var

İsmayıllıda ağır qəza - ölən və yaralılar var

Tarix:

27-02-2022, 15:40

/ 483 dəfə oxundu.
İsmayıllıda ağır qəza - ölən və yaralılar var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, İsmayıllı-Qaraməryəm yolda hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb.
Hadisə zamanı İsmayıllı rayon sakinləri - 1999-cu il təvəllüdlü Məmmədov Yunis Mirzağa oğlu, 1999-cu il təvəllüdlü Hacıyev Toğrul Elşən oğlu, 1996-cı il təvəllüdlü Məsimli Taleh Qənimət oğlu, 1999- cu il təvəllüdlü Zeynalov Mətin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, Yunis Məmmədov dünyasını dəyişib. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İsmayıllıda ağır qəza - ölən və yaralılar var


Şərhlər

XƏBƏR LENTİ