SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda idmançıları daşıyan avtobus yük maşını ilə toqquşdu - YARALILAR VAR

Azərbaycanda idmançıları daşıyan avtobus yük maşını ilə toqquşdu - YARALILAR VAR

Tarix:

7-03-2023, 16:44

/ 586 dəfə oxundu.
Azərbaycanda idmançıları daşıyan avtobus yük maşını ilə toqquşdu - YARALILAR VAR

 
Muğanlı-İsmayıllı yolunda Mingəçevir Futbol Klubunun oyunçuları qəzaya düşüb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Mack" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

XƏBƏR LENTİ