DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı - Siyahı
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Sumqayıtda 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb...
Məlumatda deyilir:
"26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...