SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya Luqansk vilayətinə tam nəzarəti ələ KEÇİRDİ

Rusiya Luqansk vilayətinə tam nəzarəti ələ KEÇİRDİ

Tarix:

3-07-2022, 17:00

/ 357 dəfə oxundu.
Rusiya Luqansk vilayətinə tam nəzarəti ələ KEÇİRDİ

 
Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

Bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gecə Rusiya ordusunun Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə aldığı açıqlanmışdı.

Şərhlər

XƏBƏR LENTİ