Rusiya Ukraynanın daha 85 hərbi obyektini vurdu
Rusiya Federasiyasının operativ-taktiki aviasiyası ötən gecə ərzində Ukrayna qoşunlarının 85 obyektini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 85 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, dörd özüyeriyən artilleriya qurğusu, döyüş sursatı məntəqəsi olan səhra sursat anbarı, iki logistika anbarı, həmçinin dörd dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov xüsusi hərbi əməliyyat başlayandan Ukrayna tərəfinin itkilərini də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 127 təyyarə, 98 helikopter, 425 pilotsuz uçuş aparatı, 2031 tank və digər zirehli döyüş maşını, 228 reaktiv yaylım atəşi sistemi, 880 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1932 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var