Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da dərinləşdirmək istəyirik”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir və ondan istifadə hər cəhətdən böyük əhəmiyyət kəsb edir.
“Bizim bir çox ölkə ilə azad ticarət sazişlərimiz var və bu, bir çox ölkələri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır. Gürcüstan hər cəhətdən müxtəlif ölkələr üçün mərkəzə çevrilə bilər. Buna uyğun olaraq, bu resursdan maksimum dərəcədə istifadə etmək üçün fəal çalışmalıyıq”, - Kobaxidze əlavə edib.
Baş nazir qeyd edib ki, Sinqapur dünyanın aparıcı iqtisadiyyatlarından biri olduğu üçün vacib istiqamətlərdən biridir və bu ölkə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək Gürcüstan üçün faydalı olacaq. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var