XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır

2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır

2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Dünən, 15:30


17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.