Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Qara dənizdə “Chevron” şirkəti tərəfindən istifadə olunan “Yasa Polaris” tankeri Xəzər Boru Kəməri Konsorsiumunun terminalına yaxınlaşarkən pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
“Chevron” şirkəti insidentin əməliyyat fəaliyyətinə və ixrac tədarükünə təsir göstərmədiyini bildirib.Şirkətdən verilən məlumata görə, ekipaj təhlükəsiz vəziyyətdədir, gəmi üzmə qabiliyyətini qoruyub saxlayır və hazırda təhlükəsiz limana doğru hərəkət edir.
Qeyd edək ki, bu ilin yanvarında da Qara dənizdə Qazaxıstan neftini daşımalı olan tankerlərə pilotsuz uçuş aparatları ilə hücumlar edilmişdi.
Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumunun kəməri vasitəsilə Qazaxıstanın ixrac etdiyi neftin təxminən 80 faizi dünya bazarına nəql olunur.
“Chevron”un rəhbərlik etdiyi “Tengizchevroil” şirkəti əsasən Qazaxıstandakı nəhəng Tengiz yatağından hasil olunan neftin ən böyük ixracatçısıdır. XalqXeber.Az

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Hacıqabuldakı yanğın söndürülüb
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar? – VİDEO
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb