Rusiyaya Zəngəzur dəhlizi lazımdırmı? - Qabrielyan
Rusiya heç də Zəngəzur dəhlizində maraqlı deyil. Daha effektiv yol Gürcüstanda keçməklə Türkiyəyə çıxışdır.
Bu sözləri Ermənistanın baş nazirinin keçmiş müavini Vaçe Qabrielyan deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Rusiyanın xarici ticarət tərəfdaşları üçlüyünə Çin, Hindistan və Türkiyə daxil olub. Eyni zamanda, ərəb ölkələri, İran və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət dövriyyəsində tədricən artım müşahidə olunur ki, bu da Rusiyanın Qərbin sanksiyaları altında Qlobal Cənub bazarlarına yönəlmək meylini sübut edir:
“Bu səbəbdən Hindistanla kommunikasiyalar yaratmağa imkan verəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Rusiya üçün prioritet məsələdir. Rusiyanın Türkiyə ilə ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir. Azərbaycan ərazisindən Türkiyəyə quru nəqliyyatının mənası yoxdur, burada Rusiya üçün əsas məsələ Gürcüstanla münasibətlərdir.
Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yüklərin daşınması Ermənistan üçün prioritetdir, lakin həcm baxımından bu, böyük deyil: Türkiyədən Rusiyaya çoxlu sayda yük maşını buradan keçir, Orta Asiya ölkələrindən isə yük maşınları burdan Türkiyəyə gedir. İqtisadi nöqteyi-nəzərdən bu, Rusiya üçün Azərbaycan və Türkiyə arasında Ermənistan ərazisindən keçən quru əlaqədən qat-qat səmərəli marşrutdur”.
ABŞ-ın Orta Dəhlizi açmaq üçün Bakı və İrəvanı sülh sazişi imzalamağa tələsdirməsinə gəlincə, Qabrielyan Ermənistanın ərazi suverenliyi məsələsində israrını dəstəkləyib.
Beynəlxalq şirkətin yolun Ermənistan ərazisindən keçən hissəsinə nəzarət və yükü müşayiət edəcəyi ilə bağlı fərziyyəyə gəlincə, Qabrielyan qeyd edib ki, əgər bu ehtimal təsdiqlənərsə, onda şərtlərə baxmaq lazım gələcək.
Qeyd edək ki, Zəngəzur dəhlizi Rusiya üçün dəmir yolu daşımalarına görə xüsusi əhəmiyyət kəsb edir. Çünki dəmiryol daşımaları quru nəqliyyatı içərisində ən ucuzu və irihəcmlisidir. Üstəlik, Yuxarı Lars yolu ilin 9 ayı bağlı olur və onun buraxılış həcmi olduqca azdır.(Axar)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var