Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək
Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasından tezliklə həbsxanaya köçürüləcəyini açıqlayıb.
“Həkimlər onun səhhətini qiymətləndirirlər, Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək, bu barədə çox yaxında məlumat alacaqsınız, mən onun səhhətinin kəskin şəkildə yaxşılaşmasına şadam və ona cansağlığı arzulayıram", - Breqadze deyib.
Saakaşvili 2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra həbs olunub, 2022-ci ilin may ayından Tbilisidəki "Vivamed" klinikasında müalicə alır, uzun aclıq aksiyasından sonra həbsxanadan buraya köçürülüb. Bir neçə dəfə müstəqil ekspertiza anoreksiya və kaxeksiya səbəbindən Saakaşvilinin vəziyyətini kritik qiymətləndirib.
Sonuncu dəfə Ombudsmanın çağırdığı həkimlər şurası Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.("News Georgia" )

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var