SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

Tarix:

14-06-2024, 17:05

/ 437 dəfə oxundu.
Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.

NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.

Şərhlər

XƏBƏR LENTİ