NATO-Rusiya Şurasının görüşü keçiriləcək
Yanvarın 12-də NATO-Rusiya Şurasının iclası planlaşdırılır.
Bu barədə NATO rəsmisi "Anadolu" agentliyinə bildirib.
Stoltenberq NATO-Rusiya Şurasının sədri kimi iclasın yanvarın 12-də çağırılmasına qərar verib.
“Görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, - deyə rəsmi bildirib.
NATO Baş Qərargah Rəislərinin toplantısı da eyni gündə Brüsseldə keçiriləcək. Son aylarda Ukraynadakı vəziyyətlə bağlı NATO ilə Rusiya arasında gərginlik artıb və münasibətlər soyuq müharibədən sonra ən aşağı səviyyəyə düşüb.
NATO-nun baş katibi Stoltenberq Rusiya ilə dialoqa açıq olduqlarını qeyd edib.
NATO-Rusiya Şurası 2002-ci ildə Romada keçirilən sammitdə məsləhətləşmə, konsensus, əməkdaşlıq, birgə fəaliyyət mexanizmi kimi yaradılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır