SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

Tarix:

24-05-2024, 09:49

/ 395 dəfə oxundu.
Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

Bu gündən başlayaraq Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəni rəsmən öz üzərinə götürür.

Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, burada söhbət Berkaber (ER) - Qızılhacılı (AR) kəndi yaxınlığında 1,9 kilometr, Voskepar (ER) - Aşağı Əskipara (AR) və Bağanis (ER) - Bağanıs Ayrım (AR) kəndlərində 4,9 kilometr ərazidən gedir.

Bildirilir ki, dövlət sərhədinin Kirants (ER) – Xeyrımlı (AR) istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək: “Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.

Xatırladaq ki, dünən erməni mediası Kirants kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesinin davam etdiyini, eləcə də həmin kənddə sərhədçilər üçün evlərin quraşdırılması işlərini əks etdirən görüntülər yaymışdı.

Şərhlər

XƏBƏR LENTİ