SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan

“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan

Tarix:

10-04-2024, 16:43

/ 580 dəfə oxundu.
“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan

 
“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub”.

Bunu aprelin 10-da Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

O deyib Sovet Ermənistanı və Ermənistan Respublikası ərazisində belə kəndlər heç vaxt olmayıb.

Bununla yanaşı, Paşinyan əlavə edib ki, Ermənistan Respublikası ərazisində Voskepar və Bağanıs adlı kəndlər olub və olacaq.

Xatırladaq ki, Paşinyanın bəhs etdiyi Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri Azərbaycanın Qazax rayonuna məxsusudur. Qazaxın həmin 2 kəndi ilə yanaşı, daha 5 yaşayış məntəsəi – Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara,  Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).

Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.

Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır. 

Ermənistanın baş naziri Nikol Paşinyan da bir müddət əvvəl Tavuş bölgəsində keçirdiyi görüşdə bəyan etmişdi ki, kəndləri təcili qaytarmasalar, müharibə olacaq. Onun bu bəyanatı Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanmış, Paşinyan qorxaqlıqda suçlanmışdı.

Şərhlər

XƏBƏR LENTİ