XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb
4-05-2024, 16:48

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb.

Bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Keşiş bildirib ki, Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.