SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə neft quyusunda partlayış: ölən var

Türkiyədə neft quyusunda partlayış: ölən var

Tarix:

23-02-2024, 16:40

/ 221 dəfə oxundu.
Türkiyədə neft quyusunda partlayış: ölən var

 Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Şərhlər

XƏBƏR LENTİ