XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Türkiyədə SOCAR-a məxsus olan "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var

Türkiyədə SOCAR-a məxsus olan "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var

Türkiyədə SOCAR-a məxsus olan "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var
2-07-2019, 10:40

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.

Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.