XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Türkiyədə daha bir partlayış: ölən və yaralanan var

Türkiyədə daha bir partlayış: ölən və yaralanan var

Türkiyədə daha bir partlayış: ölən və yaralanan var
29-03-2017, 10:10

Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb.

Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində avtomobildə olan 1 nəfər həlak olub, 1-i isə yaralanıb.

İnsidentdən bir neçə dəqiqə sonra hadisə yerindən biraz aralıda daha bir partlayış baş verib. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Partlayışların səbəbi məlum deyil. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları gəlib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.