SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Kontakt Home"-da reklama aldanıb aldı və peşman oldu - ŞİKAYƏT

"Kontakt Home"-da reklama aldanıb aldı və peşman oldu - ŞİKAYƏT

Tarix:

16-07-2017, 23:12

/ 129 305 dəfə oxundu.
"Kontakt Home"-da reklama aldanıb aldı və peşman oldu - ŞİKAYƏT

Badamdar qəsəbə sakini Hüseynova Səkinə insanların beyninə hakim kəsilən reklamların qurbanı olub.

Tərifli, güzəştli vədlərə dolu reklamlara inanan Bakı sakini Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Kontakt Home” mağazasından Almaniya istehsalı adı ilə tozsoran alır. Bundan sonra çoxpərdəli tamaşa başlayır.

Müraciət edən Hüseynova Səkinə qeyd edir ki, satıcı ona Almaniya məhsulu olduğunu bildirərək onlara “Fakir” markalı tozsoran satıb. Tozsoranı kreditlər alan Səkinə xanım onu, öz tozsoranı olduğu üçün 1 aydan çox müddətdə istifadə etməyib. Nəhayət, onu istifadə edən zaman tozsoranın işləmədiyini və demək olar ki, toz sormadığını, tozsoranın isə Türkiyə məhsul olduğunu aşkarlayıb.
Tozsoranı aldığı şirkətə, “Kontakt Homa”-a zəng eləsə də ona problemin olmadığını, süzgəci (filtrini) təmizlədikdən sonra tozsoranın daha yaxşı işləyəcəyini bildiriblər. Süzgəci təmizləyərək bir neçə gün də tozsorandan istifadə edən vətəndaş heç bir dəyişikliyin olmadığını görərək yenidən şirkətlə müraciət edib. Onun telefon zənginə kobud şəkildə cavab verən şirkət əməkdaşları vətəndaşa tozsoranı Atatürk prospekti 36A ünvanında yerləşən servisə aparmağı bildirilib. Vətəndaş tozsoranı servis aparıb, tozsoranı bir aydan çox müddətinə özlərində saxladıqdan sonra çətinliklə vətəndaşa qaytarsalar da tozsoran yenə də yoxlanılan zaman işlək vəziyyətdə olmayıb.

Hüseynova Səkinə bu dəfə də şirkətin əlaqə nömrələrinə zəng edərək onlardan imdad diləyib və tozsoranın servisdən qaytarılan zaman da işləmədiyini bildirib. Şirkət onu qulaqardına vursa da, dəfələrlə müraciətdən sonra servis yenidən tozsoranı şikayətçinin evindən götürərək baxışa aparıb. Bir neçə ay tozsoran servisdə qaldıqdan sonra vətəndaş onu götürmək istədiyini bildirəndə ona ödəniş etməli olduğunu deyiblər. Çaşqınlıq içində qalan alıcıya tozsoranın süzgəcinin işləmədiyini, bunun isə 25 AZN ödəniş qarşılığında dəyişdirildiyi bildirilib.
Hüseynova isə həmin məbləği ödəməkdən imtina edərək hüquqlarının bərpası üçün aidiyyatı strukturlara müraciətlər göndərib. Eləcə də ,redaksiyamıza müraciət ünvanlayaraq məsələnin ictimailəşdirilməsini istəyib.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən müraciətin onlara da daxil olduğunu, problemin həlli üçün aidiyyatı strukturlara, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciətlər ünvanlandığını, məsələnin isə hazırda araşdırmada olduğunu bildirdi: “Sözügedən müraciət bizə də daxil olub. Biz öz növbəmizdə istehlakçının hüquqlarının təmin olunması üçün əlimizdən gələni edirik. Aidiyyatı qurumlara da müraciətlər ünvanlanıb, məsələ hazırda araşdırmadadır. Həmçinin istehlakçılar belə məsələlərdə məhkəməyə müraciət edərək hüquqlarını bərpa edə bilərlər”.

Kontakt Home şirkətinin hüquqşünası Quliyev Vurğun isə məsələ ilə bağlı İqtisadiyyat nazirliyindən rəsmi müraciət gəldiyini, şirkətin isə məsələ ilə bağlı rəsmi şəkildə o müraciətə cavab verdiyini bildirib:

“Bizə nazirlikdən müraciət gəldi. Orada da bu məsələlər bildirilmişdi. Biz də öz növbəmizdə qeyd etdik ki, xeyr, o məhsul Almaniya məhsulu deyil, məhsulun sənədlərində də Türkiyəyə aid olduğu bildirilir. O ki qaldı vətəndaşın tozsoranının servisdə qalmasına - mən şirkətin hüquqşünasıyam, bu məsələləri bilmirəm. Əgər həqiqətən də orada qalıbsa, bizə müraciət etsə məsələni araşdırıb onun tozsoranını qaytara bilərik.

Məhsula verilən zəmanət isə yalnız və yalnız məhsulun özünə verilir. Onun dəyişdirilə bilən hissəsinə zəmanət verilmir. Bu istehlakçıyla satıcı arasında bağlanan müqavilələrə görə də fərqlənir. Məsələn, müqavilədə göstərilə bilər ki, həmin hissələrə də zəmanət şamil edilsin”.

big.az

Şərhlər

XƏBƏR LENTİ