SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cərrah-onkoginekoloq Aynur Pənahova Tovuz rayonunda şəhid ailələrinin ziyarətində olub, onlar üçün tibbi xeyriyyə aksiyası keçirib FOTO+VİDEO

Cərrah-onkoginekoloq Aynur Pənahova Tovuz rayonunda şəhid ailələrinin ziyarətində olub, onlar üçün tibbi xeyriyyə aksiyası keçirib FOTO+VİDEO

Tarix:

14-03-2023, 14:30

/ 908 dəfə oxundu.
Cərrah-onkoginekoloq Aynur Pənahova Tovuz rayonunda şəhid ailələrinin ziyarətində olub, onlar üçün tibbi xeyriyyə aksiyası keçirib FOTO+VİDEO

Tibb Universitetinin Onkoloji klinikasının cərrah onkoginekoloqu Aynur Pənahova Novruz bayramı münasibətilə Tovuz rayonunun bütün şəhid ailələrini ziyarət edib. "Azərbaycan Reallığı" xəbər verir ki, Şəhid ailələrinin bayramlarını təbrik etdikdən sonra bütün şəhidlərimizin analarının, bacılarının, yoldaşlarının ginekoloji müayinə və müalicələrindən ibarət xeyriyyə aksiyası keçirib. 

Tanınmış həkim çox sayda ərzaq, qurban payı, müxtəlif şirniyyatlar və digər hədiyyələrlə ailələri sevindirərək onların ürəyinə sevinc toxumu əkib. Şəhid valideynləri , qazi ailələri Aynur Pənahovanın bu xeyriyyə mərasimini yüksək qiymətləndirərək ona və komandasına minnətdarlıq ediblər. 

Qeyd edək ki, həkimin müayinələrindən Tovuz rayonunundakı bütün şəhid ailələri istifadə edə bilib. 

Aksiya barədə açıqlama verən cərrah onkoginekoloqu Aynur Pənahova bildirib ki, bu aksiyalar davamlı şəkildə və digər rayonlarda da olacaq. Növbəti günlərdə bayram hədiyyələri digər rayonların şəhid ailələrini Aynur xanımın şəxsən iştirakı ilə davam edəcək.  

Biz də redaksiyamız adından dəyərli və xeyirxah həkim Aynur xanıma təşəkkür edir, işlərində uğurlar arzu edirik 






Şərhlər

XƏBƏR LENTİ