Abşeron RİH Ramazan bayramı münasibətilə sünnət aksiyası keçirdi - FOTO
Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "VİMAY-MED" Tibb mərkəzi Ramazan bayramı və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayonunun aztəminatlı ailələrinin uşaqları üçün pulsuz sünnət xeyriyyə aksiyası keçirəcib.
xalqxeber.az xəbər verir ki, plastik-estetik-rekonstruktiv Cərrah Mirəzim Zaidov və onun əməkdaşları tərəfindən xəstələrə ambulator baxış keçirildikdən sonra onlara göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı həyata keçirilib.
İki gün davam edən aksiyada ümumilikdə 50 uşaq sünnət edilib. Bu uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa çatıb,uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən kollektivə təşəkkür ediblər.
"VİMAY-MED" Tibb Mərkəzindən Absheronxeber.az-a bildirilib ki, həkim kollektivimizin məqsədi hər zaman xalqımıza yüksək xidmət göstərmək və bizə müraciət edən hər bir kəsin alınan nəticələrdən razı qalmasını təmin etməkdir.
Fəaliyyət göstərdiyimiz illər ərzində bir sıra müxtəlif xarakterli xeyriyyə aksiyaları həyata keçirilib. Xeyriyyə təşkilatları ilə əməkdaşlıq edib, təşkilati dəstəyimizi əsirgəməmişik. Uşaq evlərində, qocalar evlərində göstərdiyimiz maddı yardımlarla yanaşı, müayinə və müalicə xidmətlərimizi də həyata keçirmişik.
"Vimay-Med" Tibb Mərkəzi Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., Davudoğlu küç. 12a ünvanında yerləşir.
Əlavə məlumat üçün əlaqə nömrələrinə zəng vurub maraqlana bilərsiniz! (012) 568-39-93, (012) 513-14-38, (070) 207-18-82






Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var