“Nar” "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edir
“Nar” “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və ağır yaralanan qazilər üçün həyata keçirdiyi aksiyaya qoşulub. Belə ki, müxtəlif şirkətlərin dəstəyi ilə reallaşan aksiya çərçivəsində şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılması nəzərdə tutulur.
Məqsəd şəhid ailələri və qazilərin daima, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərinə dəstək olub. Müharibədən sonra həm şəhid ailələrinə, həm də qazilərə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...