Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm əhəmiyyət kəsb edir
Artıq Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Prezident İlham Əliyevin Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısından sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına qatılması bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan Türk Dövlətləri Təşkilatının da bu istiqamətdə rolunun artırılmasına xüsusi töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müqavilələr və keçirilən bir sıra tədbirlər bu mənada mühüm əhəmiyyət daşıyır. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən Birinci Dövlətlərarası Şuranın iclası da strateji tərəfdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin göstəricisidir. Tərəflər 100 milyon dollarlıq qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaqda maraqlıdır. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan geniş perspektivlər açır. Azərbaycan etibarlı sərmayə ixracatçısı kimi Qırğızıstan üçün cəlbedici tərəfdaşdır.
Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa da xüsusi önəm verirlər. Xəzərə çıxışı olan, eyni zamanda, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Qırğızıstana Xəzər hövzəsində əhəmiyyətli mərkəzə çevrilən Azərbaycanın tranzit imkanlarından istifadə etmək üçün əlavə şərait yaradır.
Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən toplantıda iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır. Ümumiyyətlə, Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə seçilir. Bu gün Türk Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Bu, yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir. Görünən odur ki, Azərbaycanın istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində, istərsə də Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da artır. Bu isə Azərbaycanın müasir dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü statusunun daha da möhkəmlənməsidir.
Bu mötəbər toplantıda ölkə başçısı həm də Azəbaycanın yaşadığı problemlərə toxunub. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Hazırda mina problemi işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə ciddi şəkildə mane olur.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var