SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tenderlərdə meydan sulayan “City Construction” DÖVLƏTƏ BORCLU ÇIXDI - BU DA FAKT!!!

Tenderlərdə meydan sulayan “City Construction” DÖVLƏTƏ BORCLU ÇIXDI - BU DA FAKT!!!

Tarix:

2-09-2022, 19:09

/ 403 dəfə oxundu.
Tenderlərdə meydan sulayan “City Construction” DÖVLƏTƏ BORCLU ÇIXDI - BU DA FAKT!!!

“City Construction” MMC-nin "dövlət ərkanı"nda yerinin xudmani olduğu haqda dia.az olaraq bundan əvvəl də yazmışdıq. Yəni anlaşılan o idi ki, “City Construction” MMC ayrı-ayrı dövlət qurumlarının milyonluq tenderlərini rahatlıqla həzm-ravedən keçirə bilir ki, bu da kifayət qədər şübhələrə yol açmaqdadır.

Əslində burada şübhəli heç nə yoxdur və Azərbaycanda tenderlərin hansı formada keçirildiyi də gün kimi aydındır. Sadəcə olaraq gərəkən qurumların bu kimi faktları nəzərdən kənarda saxlaması bir qədər müəmmalara yol açmaqdadır.

Keçən yazımızda bu faktları açıqlamışdıq: Dövlət qurumlarının daha bir TENDER MATAHI: - “City Construction” MMC...

İndi isə aydın olur ki, dövlət qurumlarının TENDER MATAHI olan “City Construction” MMC-nin dövlət qarşısında vergi borcu var imiş. Hər halda bu faktın özü belə növbəti qanun pozuntusudur və hüquq-mühafizə orqanları üçün yetərincə əsas hesab oluna bilər.

DİA.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən aydın olur ki, “City Construction” MMC-nin vergi borcu 1 431 711 manatdır. Bu vergi borcu 01.09.2022-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....

Şərhlər

XƏBƏR LENTİ