AzTV dövlətə borcu olan şirkətə tender verib - İcazə verin, şübhələnək...
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “HIRA CONSTRUCTION AND SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə dəyəri 48584 AZN (48 min 584 manat) olan satınalma müqaviləsi imzalayıb.
AbzasMedia xəbər verir ki, müqavilədə havalandırma sistemlərinin alınıb və quraşdırılması işləri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan “HIRA CONSTRUCTION AND SUPPLY” MMC 5 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidmətinin 4 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, “HIRA CONSTRUCTION AND SUPPLY” MMC-nin dövlətə 885,81 AZN (885 manat 81 qəpik) vergi borcu var.
Bu qədər böyük maliyyə dəyəri olan tenderdə dövlətə vergi borcu olan şirkət necə qalib gəlib, bu, sual altındadır.
Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil. Yəni AzTV-nin bu tenderi Azərbaycan qanunvericiliyinə uyğun keçirilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək