"Hidro Construction" MMC bir məktəbi təmir edib qurtara bilmir - Yenə də milyonlar ayrılır...
"Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “"Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılması"nın satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.
Tenderin qalibi "Hidro Construction" MMC şirkəti olub. Şirkətlə 1 milyon 096 min 838 manat məbləğində müqavilə imzlanıb.
Onu da qeyd edək ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ ilk dəfə deyil ki, "Hidro Construction" MMC-yə belə qucaq açır.
Təkcə keçən il eyni vaxtda sözügedən şirkətə 5 tender "qazandırıldı" ki, bu da nəticədə 30 milyon manatlıq İŞ HƏVALƏSİ İDİ...
Həmin dönəmdə yayılan informasiyada qeyd olunurdu ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 5 tenderin nəticəsini açıqlayıb və burada da "Hidro Construction" MMC-nin adı keçirdi.
Burada diqqətçəkəni odur ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ eyni məqsədlə keçən ilin dekabr ayında Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası üzrə 11 643 milyon manatlıq tenderin qalibi kimi "Hidro Construction” şirkətini elan etmişdi. Yəni son açıqlamadan aydın olur ki, "Hidro Construction" MMC bir məktəb üçün artıq 13 milyonluq vəsaiti xərf edib və iş hələ bitməyib.
Hər halda, gərəkən dövlət qurumlarının bu işi araşdırması zərurəti mövcuddur.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq (Dia.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...