SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Türkiyədə komando kursunu bitirən hərbçilərimiz vətənə qayıdıblar

Türkiyədə komando kursunu bitirən hərbçilərimiz vətənə qayıdıblar

Tarix:

31-10-2021, 15:00

/ 357 dəfə oxundu.
Türkiyədə komando kursunu bitirən hərbçilərimiz vətənə qayıdıblar

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.

Bu barədə Xalqxeber.az a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.

Şərhlər

XƏBƏR LENTİ