SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hərbçilərimiz "AKINCI PUA-larının istismarı kursu"nda iştirak ediblər

Hərbçilərimiz "AKINCI PUA-larının istismarı kursu"nda iştirak ediblər

Tarix:

30-07-2022, 19:00

/ 516 dəfə oxundu.
Hərbçilərimiz "AKINCI PUA-larının istismarı kursu"nda iştirak ediblər


Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.

Mərkəzin rəhbəri cənab Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz səmimi arzularını çatdırıb.

Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Hərbçilərimiz "AKINCI PUA-larının istismarı kursu"nda iştirak ediblər

Şərhlər

XƏBƏR LENTİ