SON DƏQİQƏ
XalqXeber.Az » Kərim Vəliyev Türkiyədə - əməkdaşlıq məsələləri müzakirə olunacaq

Kərim Vəliyev Türkiyədə - əməkdaşlıq məsələləri müzakirə olunacaq

Tarix:

12-09-2021, 16:20

/ 449 dəfə oxundu.
Kərim Vəliyev Türkiyədə - əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən Xalqxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir. Səfər sentyabrın 14-dək davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ