XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Cahangir Əsgərov MƏSƏLƏSİ BİTDİMİ? - BİTMƏYİBMİŞ...

Cahangir Əsgərov MƏSƏLƏSİ BİTDİMİ? - BİTMƏYİBMİŞ...

Cahangir Əsgərov MƏSƏLƏSİ BİTDİMİ? - BİTMƏYİBMİŞ...
24-09-2021, 13:44


Elə bu günlərdə yerli KİV-də yayılan informasiyalarda qeyd olunurdu ki, nəhayətdə "yuxarılar" tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyində dəyişiklik qərarı verilib və bu yaxınlarda sözügedən qərar rəsmiləşəcək. Amma aradan bir ay keçməsinə baxmayaraq bir hərəkətlənmə yoxdur və elə bir təəssürat yaranıb ki, AZAL-da dəyişikliklərin olacağına yaranmış ümidlər özünü doğrultmayıb. Amma məsələ heç də göründüyü kimi deyil və dəyişiklik mütləq olacaq.


DİA.AZ-a bu barədə danışan mötəbər mənbə iddia edir ki, Cahangi Əsgərovun AZAL rəhbərliyindən uzaqlaşdırılması bu günlərdə baş tuta bilər. Onun yerinə hətta kimin gətiriləcəyi də məlumdur.

Mənbənin dia.az-a danışdıqları: "Maraqlı bir fakt var. Hətta Cavid Qurbanov da AZAL-a rəhbər gəlmək istəyirmiş. Amma ona qəti rədd cavabı verilib. Tamam yeni simanı görəcəyik. Təbii ki ənənəvi kadr bazasının namizədi olacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunanlarla baölı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.