SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

Tarix:

6-10-2021, 09:55

/ 522 dəfə oxundu.
AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı


Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə  AZAL-dan məlumat verilib.

"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.

Şərhlər

XƏBƏR LENTİ