SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Doğum günün mübarək, canım atam" - Şükür Həmidovun qızı (FOTOLAR)

"Doğum günün mübarək, canım atam" - Şükür Həmidovun qızı (FOTOLAR)

Tarix:

1-04-2021, 11:43

/ 1 311 dəfə oxundu.
"Doğum günün mübarək, canım atam" - Şükür Həmidovun qızı (FOTOLAR)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.
Unikal.org xəbər verir ki,  bu barədə şəhidimizin qızı sosial şəbəkədə foto paylaşaraq qeyd edib. 
Bildirək ki,  Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə  Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb. O, 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 
Şükür Həmidov 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub. 
Allah rəhmət eləsin!
 

Şərhlər

XƏBƏR LENTİ