Yaşasaydı 27 yaşı olacaqdı - Şəhid pilotun ad günüdür
Bu gün aprel döyüşlərində şəhid olan pilotumuz Əbubəkir İsmayılovun doğum günüdür.
Əbubəkir İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir şəhərində anadan olub.
Əbubəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.
Baş leytenant Əbubəkir İsmayılov aprel döyüşlərində şəhid olub. Belə ki, özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-də şəhidlərimizlə vida mərasimi keçirilib.
Pilotumuz şəhid olmasından bir neçə ay öncə ailə həyatı qurmuşdu.
Əbubəkir İsmayılov Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...