SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “YAŞAT” şəhid mayorun övladlarını nəzarətə götürdü

“YAŞAT” şəhid mayorun övladlarını nəzarətə götürdü

Tarix:

16-03-2022, 12:01

/ 461 dəfə oxundu.
“YAŞAT” şəhid mayorun övladlarını nəzarətə götürdü

Vətən müharibəsində şəhid olan mayor Rəhim Hüseynovun 40 mərasiminə gedən həyat yoldaşı Günel Ələsgərovanın qəza zamanı həlak olmasından sonra onların üç övladı “YAŞAT” Fondu tərəfindən nəzarətə götürülüb.

Şəhid zabitin övladları Hikmət, Fikrət və Rüfətin adına bankda əmanət hesabı açılıb və depozit yerləşdirilib.

Şəhidimizin övladları 18 yaşına çatdıqdan sonra toplanan məbləği öz hesablarından çıxara biləcəklər. Fonddan bildirilib ki, onlarla bağlı məsələlər hər zaman diqqət mərkəzindədir.

Qeyd edək ki, mayor Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mayor Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şərhlər

XƏBƏR LENTİ