SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 112 hərbi hissə komandiri barəsində CİNAYƏT İŞİ AÇILDI - Əkbərovdan sonra növbə kimdədir?

112 hərbi hissə komandiri barəsində CİNAYƏT İŞİ AÇILDI - Əkbərovdan sonra növbə kimdədir?

Tarix:

16-03-2021, 11:37

/ 4 233 dəfə oxundu.
112 hərbi hissə komandiri barəsində CİNAYƏT İŞİ AÇILDI - Əkbərovdan sonra növbə kimdədir?

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman, General-leytenant Rövşən Əkbərov saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu gün saat 18 radələrində Rövşən Əkbərov saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, Rövşən Əkbərovdan başqa da saxlanılanlar var.

Mənbəmizin verdiyi məlumata görə, general-mayor Xəqani Cəbrayılovun da saxlanılacağı deyilir. Bundan əlavə digər korpus komandirlərinin də, istintaqa cəlb ediləcəyi deyilir.

Səbəb kimi isə saxlanılan şəxslərin müharibə dövründə törətdiyi əməllər əsas göstərilir.

Bundan əlavə ikinci ordu korpusu komandiri Mais Bərxudarovun qardaşı barəsində də cinayət işi açılıb. Buna hərbiyə göndərilən yardımların yeyilməsi səbəb kimi göstərilir. Qardaşının əməlinə görə Mais Bərxudarovun da dindirildiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, 112 hərbi hissə komandiri barəsində cinayət işi açılıb.

Şərhlər

XƏBƏR LENTİ