XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Dinc oturmağa qoyulmayan dinc durmayan Kişi!

Dinc oturmağa qoyulmayan dinc durmayan Kişi!

Dinc oturmağa qoyulmayan dinc durmayan Kişi!
13-03-2021, 12:51

Və yaxud “Tostologiya” janrında ictimai-siyasi portret və həm də... selbə-yarmaça-“kırtəğə” atanlara cavab əvəzi
ZƏRURİ İZAHAT: Talış mahalından olduğuma görə, adətən, o dağlardan, o dərələrdən ictimai-siyasi olimpin Everestinə yüksələnlərlə yaxınlıq etmirəm, siyasətin-həyatın-iqtisadiyyatın “Pankisi-Kador-İncədərəsi”nə yuvarladılanlardan da yazmağa əlim gəlmir – çünki onlar ancaq işsiz-gücsüz qalanda varlığımdan xəbər tutur!
Üstəlik də Azərbaycan mətbuatında hakim oliqarx-məmur çetesinin bir azca ayrı yerinlə yox, gözünlə baxıb başınla düşünəndə şahid ola biləcəyin bir mənzərə var: Talışdan olan hər bir məmur-oliqarxı şantajla təhdid, Azərbaycanın bütün iqtisadi-siyasi və digər məhrumiyyətlərinin (təkcə torpaqları ermənilərin işğalında itttihamdan başqa) baiskar görmə serialları print dönəmdə ədədi, onlayn dövrdə həndəsi silsilə ilə tirajlanı(b)r! Bu tendensiya xüsusi ilə də qürurlu, ləyaqətli kişilərə qarşı sərgiləni(b)r!
Sonuncusu İqbal Məmmədovdur – Lerikin son illər ardıcıl deputat seçiləni!
Sözümüz Söz olsun deyə asta-asta və usta-usta keçək təhlilə-təqdimata!
Bir müddət bu “vətən təəssübü” Əsgər Məmmədova qarşı sərgiləndi! Ən enerjili, faydalı, kamilləşdiyi dövrdə adamı çərlətdilər, az qala Elçin Əfəndiyevin “pravitelstvennıy blank”ının başlığı ilə şərləyib yeyinti adıyla, dövlət əmlakını dağıtmaq ittihamıyla həbsə də aldırsınlar – ürəkləri soyumadı işsiz qoymaqlarından. Yenə sağ olsun bu dövlətdə dövlətçiliyi, insanlığı bilən Eldar Həsənov kimi dövlət xadimləri! Elə arvadıyla birgə sərvəti də (p)Edik jurnalistə qalan kimsəninsə düşmənçiliyinə uyub işdən azad edən Heydər Əliyev də - yenə son anda həbsinə israrlı olan, susayan Namiq Abbasovun diqqətinə çatdırmışdı ki, “tı çto? On je çestnıy i çistıy...”
Mətbuat – print şəbəkəsi partapart yazırdı e!
Əsgər Məmmədovdan sonra baş nazir müavini olanların adlarına və siyahısına baxın... - əlbəttə, ki, vicdanlı olanlar fərqi tutar!
Amma 1995-ci ildən bu ölkədə Əsgər Məmmədov işsizdir! Mən hökümətin milli-etnik tərkibinə replika atmadan və öyürüb-çöyürmədən üstündən keçirəm!
Sonra... həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyyəti dönəmində mütəmadi və ardıcıl, qərəzli və məqsədli şəkildə Vaqif Musayev hədəf alındı!
O şəbəkənin heç birinə təbii ki, baş qoşmadım, amma bircə dəfə yazdım: o da şəxsən tanıdığım Əli Həziquliyevin vicdanlı, ədalətli, ləyaqətli biri olduğuna əmin olduğum üçün! Özünə dedim, cavabı ayrı bir dostumun – jurnalistikamızda mübarizənin, demokratiyanın bariz təcəssümü, dövlətçilik mücadiləsində öz yeri olan, vicdanlı, ləyaqətli və ədalətli dostum Əvəz Zeynallının qəzetində yazdım!
Ümumi mətndən bir nüansı vurğulayım: əzizim Əli, bu Vaqif Musayev nə təhər “talış mafiyası”nın başçısıdır ki, seçki kampaniyası üçün 1 milyon ABŞ dollarını Etibar Məmmədova, partiya güclənsin deyə 1 milyon dolları da AMİP-ə - “yeraz” konqlomeratına ayırır? Dədə, bu adam həqiqətən “talış mafiyasının başçısı”dırsa, pulu “yeraz”lara verir də, sən niyə üstünə düşürsən!?
Əli Həziquliyev onda da bilmirdi, əminəm ki, heç indi də bilmir o “faktlar” hardan sızdırılırdı, amma mən bilirdim niyə Vaqif Rəsuloviçin üstünə düşüblər: vurduğu bir şillənin, sındırdığı iki dişin bədəliydi – tale üzünə gülmüşdü “o şilləni sənə içəridə vuraram” deyən oğlanın – düzdür, Heydər Əliyev dönəmindəki cəhdin qabağını vəzifəni şəxsi qərəz üstündə qisas vasitəsinə çevirənə DÖVLƏT ADAMI-XADİMİ Eldar Həsənov imkan verməmişdi, ancaq “o oğlan” 25 ildən sonra da olsa, dediyini etdi – 80 yaşında Vaqif Musayevi türmədə bir neçə il yatırda bildi!
Cənabi-Allah Vaqif Musayevə rəhmət eləsin, Cənabi- Prezident də Eldar Həsənovun qapısını açsın – Heydər Əliyevdən öyrənməli bu da var: vəzifə verdiklərinə imkan vermirdi şəxsi düşmənçilik etsinlər, amma indi arada olur belə şeylər...
Və mən ilk dəfə elə həmin Vaqif Musayeviçdən eşitmişəm İqbal Məmmədovun adını. Son dəfə deputatlığa namizədliyini vermişdi onda, söhbət əsnasında bildirdi ki, Hacı İqballa da danışmışam, xeyir-dua almışam...
Mənim üçün xətrini dünyalar qədər istədiyim, Azərbaycan və azərbaycnlılar adına özü də, atası Rəsul kişi də çox böyük işlər görən Vaqif Musayevin “Hacı İqbaldan xeyir-dua almışam” deməsi adamın KİM VƏ NECƏ, NƏ BOYDA KİŞİ olmasının vizit vərəqiydi mənim üçün!
Düzdür, onda Hacı İqbal Məmmədov deputat olmadı, Miri Qənbərov oldu – şeyx həzrətləri təyyarədə cənab Prezidentin qəbuluna özüylə bərabər, Allahı da yolüstü yola gətirib xahiş-minnətlə razı salmışdı! Qazanan... şeyx oldu, Miri Qənbərov oldu, itirən leriklilər!
Exit-poll və MSK Vaqif Musayevin artıq 70 faizdən artıq səs yığdığını bəyan eləmişdi!!!
Mən... yəni Aydın Məmməd oğlu Canıyev – indi Aydın Can 2002-ci ildə, hələ Əsgər Məmmədovla, Vaqif Musayevlə, Miri Qənbərovla həyatda görüşməyən, danışmayan imza olaraq yazmışdım “Elçi” qəzetində: “Lerik Azərbaycanın paytaxtıdır”. Və... ümid də edirdim ki, bu boyda böyük dövlət kişiləri olan bölgə haqq edir öz layiqli çəkisində ölkə parlamentində, hökümətində, iqtidarında təmsil olunmağı!
Əslində də Əlikrm Hümbətov və ona züy tutanları düşməncəsinə və qəddarcasına tənqid etməyimin kökündə bu durur: hər bir yanlış ifadə... Rəfael Allahverdiyevlərə, Namiq Abbasovlara, Kəmaləddin Heydərovlara imkan verir ki, öz ağlı, zəkası, istedadı, bacarığı ilə yüksəlmiş O QÜRURLU KİŞİLƏRİ linç etməyə - sadə bir bəhanə vəsilə olur: separatçıdır, maliyyə dəstəyi verir və s. və s. Bu hökümətdə-hakimiyyətdə də hamı və həmişə Eldar Həsənov boyda kişi olmur axı!
50 ilə formalaşan, kişiləşən, ortaya çıxan dövlət xadimi səviyyəsində adamları danqaz, ağzından çıxardığıyla gündəyməzindən çıxanın fərqini bilməyənlər məhz buna görə hədəfim olur!
Nə isə... iydədə var, cəhrədə də, onları rahatlayan... filankəsdə də. Deməyim o deyil, deməyim o ki... heç olmasa, bundan sonra bu tendensiyaya kənddən-kəsəkdən dabanıyırtıq, çulucırıq, ağzının danışığını bilməyənlərə görə fürsətcillik edənlərə dəstək olmayaq!
Bəli, mən təxminən 20 ildir bu adı eşitmişəm və özü də Ağsaqqal bildiyimin təqdimatında! Mənim üçün onda Lerikin böyük kişisiydi! Halallıq adamıydı! Ondan sonra Azərbaycan iqtisadiyyatında və siyasi həyatında sanbalıyla ortaya çıxdı İqbal Məmmədov!
Təbii ki, mən özündən də, qardaşlarından da, ailə düzənindən də, işgüzarlığından da məlumatlıyam (peşəm imkan verir), haracan xeyirxah, haracan qəddar, haracan ağsaqqal, haracan zirək, haracan mərd, ləyaqətli olduğunu da gözəl bilirəm: Lerikdə hakim olmuş adamdan Lerikdə əlinin altında fəhlə işləyəninəcən hər kəsdən informasiya almışam!
Və indi bu yazını qapısını belə tanımadığım, üz-üzə heç vaxt gəlmədiyim İqbal Məmmədovdan ona görə yazıram ki, onun qapısını tanıyanlar, üzünü görəndə əlini öpənlər kampaniya aparır əleyhinə!
Bu kampaniya o biri və o birilərinə qarşı aparılan kampaniyalardan qətiyyən fərqlənmir: QÜRUR KİŞİSİ olmağını sinirə bilmirlər! Ağlının, zəkasının, istedadının, savadının, işgüzarlığının, zirəkliyinin gətirdiyi dividendi həzm edə bilmirlər!
Bunlar Hadı Rəcəbli tipində qürursuz adamları qəbul edirlər!
Bunlar sinirə bilmir Hacıbaba Əzimov, Əsgər Məmmədov, Vaqif Musayev, İqbal Məmmədov tipində QÜRUR KİŞİLƏRİni, baxmayaraq ki, Prezident səviyyəsində dəyərləndirilirlər – hər dəfə mətbuata, müzakirəyə qürura, ləyaqətə toxunan, aşağılayan komploları buraxırlar!
Bizim o dağdakı-daşdakı donbalanlar da guya el-oba təəssübü çəkirlər, qoşulurlar züyçü dəstəsinə bu şantajları dövrəyə buraxan bacısını öpənlərin!
Guya adam donuz ferması saxlayırmış! Allah evini tikməsin, hazır zavod işlədən adamdı e – Azərbaycanda, Türkiyədə! Məhz Hacı İqbal Məmmədov kimi adamlar üçündür o deyim: bircə donuzu əskikdi! Neynir donuz saxlamağı? Eşşək saxlayanların, balina alanların, təyyarə anqarı açanların aqibətini görmür ki, Hacı İqbal?
Dövlət sahəsində, dövlət sifarişləri yerinə yetirən istehsalı qoyub neynir ki, “paraşa” qazanmağı!
Üstüörtülü deyirəm: Azərbaycanı bir dəfə Allah ona vətən nəsib edib, bir dəfə də özü döyüşüb-vuruşub Azərbaycanlı olmağı, Azərbaycanda olmağı haqq edib! İndi Heydər Əliyev, İlham Əliyev bu haqqı ona tanıyıbsa, onun mübarizəsini, ləyaqətini, mərdliyini, sədaqətini görübsə, sən neyləyəcəksən ki, bu “donuz sevda”nla, donuz ittihamlarınla?
Hacı İqbal Məmmədov parlamentin deputatıdır – ictimailəşmiş siyasi xadimdir. Əlli yazı yazıla bilər, cavabını özü verməlidir – istəməsə verməyə də bilər! Mən nə o yazılara görə tərpəndim, nə də narazı olduğum parlamentin fəaliyyətinə görə!
Sadəcə, vurğuladım: bu ölkənin qürur kişilərini ləkələməyə cəhd etməyin! Onları kimlərinsə tumanlarından çıxartdığı “faktlarla” kimlərinsə qoltuğuna sığınaraq şantaj etməsinə rəvac verməyin!
“Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq” deyib ən iyrənc şəkildə aşağılayıcı komplolarla ortaya çıxmağın əleyhinəyəm, yoxsa ki, Hacı İqbal Məmmədov nail olduğu uğurları bizim müdafiə yazılarının üstündə qazanmayıb! Özü də bu gün yox – hələ, mən biləni, 20 il qabaq, o dərəcədə ki, rəhmətlik Vaqif Musayev sağlığında ondan xeyir-dua alırdı!
Dəyərlərə toxunmaq olmaz, toxunarsan, sənə cavabın ən yüngülü... yalançının anası... olacaq!
Zaman-zaman rusların bolşevik və mujik təfəkküründən gələn belə bir iddia olub: varlıları yıxmaq!
II Yekaterinanın vaxtında kəndli üsyanı qalxır, çariça deyir ki, görün nə istəyirlər, deyirlər ki, qışqırırlar ki, rədd olsun varlılar! II Yekaterina əmr verir ki, tapdayın, qandallayın onları, mənim babamdan bu yana 200 ildir çalışırıq ki, biz varlı olaq, bunlar deyir rədd olsun varlılar!
Və... vicdanlı, ədalətli olsaq, etiraf edərik: bu tendensiya nəinki Talış mahalının, eləcə də hər bölgənin varlı adamlarına qarşı edilir: düya miqyaslı ən varlılrımızdan və həm də üzdə olan, oliqarx olmayan İlham Rəhimova qarşı aparılan təbliğata baxın!
Bu tendensiyaya son qoyulmalıdır – o ayrı məsələdir ki, iqtisadi islahatlar yoxdur, monopoliya hakimdir, oliqarx məmurlar hər tərəfdən gəmirir, amma axı nə İqbal Məmmədov bu hökümətin hesabına varlanıb, nə də İlham Rəhimov: dorğudandamı biz öz ölkəmizin ayaq üstə durmuş, özü özünü yüksəltmiş adamları məhv etməyi məqbul sayırıq ki, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Rəfael Mirzəyev və başqaları kimi hökümət icazəsi olanlara möhtac olaq?
44 günlük müharibə dönəmində ən çoxu elə dörd deputat döyüş bölgələrində oldu, əsgər və şəhid ailələri onları gördü: Aqil Abbas, Cavanşir Feyziyev, İqbal Məmmədov və Qənirə Paşayeva!
O qədərmi çoxdular 124 deputat sayı nisbətində?
Niyə Ağcabədidən Aqil Abbası, Tovuzdan Qənirə Paşayevanı, Lerikdən İqbal Məmmədovu, Şəkidən Cavanşir Feyziyevi qaralayaq ki?
Miri Qənbərov deputat olanda neçə leriklinin yaralı barmağına ilkin tibbi yardım göstərdi?
Hökümətin varlandırdığı ilə özü varlananın fərqini və varı alınanları, varını xərcləyənləri görməməzlikdən gəlmək nə dərəcədə bizə xeyirdi?
Son söz əvəzi: belə yazıları aqressiv yazmaya bilmirəm, müdafiəsinə durduğum da razı qalmır, tənqid hədəfi etdiklərim day heç də!
Amma həqiqət budur – biz bir-birimizi yola vemrəliyik, şəxsi münasibətlər üstündən yox, milli mənafe və dövlətçilik baxımından!
Nəzərə almaq lazımdır ki, bəlli bir bölgənin ağ işığı timsalında qalan bölgələr nə kölgədə qalsın, nə üstlərinə kölgə düşsün, nə də qaral(an)sınlar!
Azərbaycanın ehtiyacı bunadır!
Ölkənin ayağa qalxması üçün hər bir bölgənin ayağa qaldıranı olmalıdır – vətənə, dövlətə, sədaqətli birinin vasityəsiylə!
İqbal Məmmədovu müdafiə edəndə Qəirə Paşayevanı, İlham Rəhimovu müdafiə edəndə Cavanşir Feyziyevi söymədən!!!
Bizim olanın dəyərini biz verməliyik - allah və hökümət onlara nə verib verib...
Uduazan Lerik, Şəki, Tovuz, Azərbaycan olacaq!
SÖZARDI: Ad günündə yazacaqdım – düşdü bayramlara, it-bata düşməsin və diqqətdən kənar qalmasın deyə, indiyə saxladım.
MM-də Lerik və Azərbaycan adına təbrik olunası deputatlardan biridir və mən ilk dəfədir yerində olan nümayəndəyə tostologiya janrında portret çəkirəm, hərçənd bunu illər öncə və ardıcıl etməliydim – prisiplərim imkan vermirdi: nə qədər ki, bölgəmizin nümayəndəsi vəzifədədi, imkanlıdı, qoy şəkili, bakılı, naxçıvanlı, qazaxlı qapısından razı qayıtsın, mənə gətirdiyi imic və şərəf də bəs edər!
İqbal Məmmədovdan ona görə yazdım ki, qoymurlar adam dincliklə otursun, dinc durmağa da qoymurlar!
Hacı İqbal Məmmədovu həm də ona görə dəyərləndirirəm ki, bəzən deputat olmağını unudur, QÜRUR KİŞİSİ olmağını sərgiləyir – bu xarakterini alqışlayıram, eynən özüm eləyəm!
Təbriklər... – ad gününə gec olsa da, yaşamına, insanlığına, millət vəkilliyinə təbriklər deyirəm, təşəkkürlər də öz yerində!!!

Aydın Canıyev

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.