SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ödəmə terminallarında 1 manat əlavə tutulması ilə bağlı AÇIQLAMA

Ödəmə terminallarında 1 manat əlavə tutulması ilə bağlı AÇIQLAMA

Tarix:

12-02-2021, 14:54

/ 775 dəfə oxundu.
Ödəmə terminallarında 1 manat əlavə tutulması ilə bağlı AÇIQLAMA

"İstifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir".

Bu barədə “Azərişıq” ASC istehlakçılara müraciətində bildirib:

"Təəsüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb.

“Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur.

Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərmizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.

Bir daha bildiririk ki, Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir".

Şərhlər

XƏBƏR LENTİ